Alternativ enerji mənbələri

Dərc edildi: 13/01/2012 / AlternativEnerji Mənbələri

   Bəşəriyyət yeni ekoloji təmiz enerji mənbələrini getdikcə daha geniş miqyasda tətbiq edir. Bununla belə, ənənəvi enerji mənbələrinin yeni, ekoloji təmiz enerji mənbələri ilə əvəz olunması indiyədək öz həllini gözləyən məsələ kimi qalır. Dünyada nefti, qazı, kömürü, atom enerjisini hələlik heç nə ilə əvəz etmək mümkün deyildir. Yeganə ümid yeri təmiz enerjiyə şans verməklə bəşər sivilizasiyasının həyat üslubunu kökündən dəyişməkdir. Günəş istiliyinin toplanması və yığılıb saxlanması ən optimal variantlardan biridir.Günəş enerjisi dünya energetikasında möhkəm mövqe tutmaqdadır. O, bir sıra xüsusiyyətlərinə görə cəlbedicidir. Günəş energetikası planetimizin hər bir nöqtəsində əlçatandır və şüalanma selinin sıxlığına görə iki dəfədən artıq fərqli deyildir. Ona görə də bütün ölkələrdə istifadə oluna biləndir, bütün ölkələrin energetik müstəqilliyi baxımından maraqlarını təmin edər. Hal-hazırda dünyanın 70-ə yaxın dövlətində günəş elektrik stansiyaları fəaliyyət göstərir. Günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən asılıdır. Azərbaycanın yerləşdiyi coğrafi məkan alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə etmək üçün əlverişlidir. Ona görə də respublikamızın resurs imkanları artdıqca alternativ və bərpa olunan enerji mənbələri kimi günəş və külək enerjisindən, biokütlədən, geotermal mənbələrdən və kiçik elektrik stansiyalarının gücündən istifadə edilməsi həm iqtisadi, həm də ekoloji cəhətdən səmərəlidir.Hazırda Azərbaycanda külək elektrik stansiyası tikintisi layihəsinin müxtəlif bölmələri tədqiq edilir. Bu, alternativ enerji üzrə ilk layihə olacaqdır. Həmin layihə Koreya şirkəti tərəfindən həyata keçiriləcəkdir. Qobustanda ümumi gücü 20 meqavat olan 10 qurğudan ibarət külək elektrik stansiyasının tikilməsi nəzərdə tutulmuşdur. Hər qurğunun gücü 2 meqavat olacaqdır. Layihəyə əsaslı vəsait qoyuluşu 40 milyon ABŞ dollarıdır. Bu stansiya ildə 700 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəkdir.

P.S: Yaxın vaxtlarda saytımızda alternativ enerji mənbələri haqqında daha ətraflı məlumatlar və lahiyələr yerləşdiriləcək.

About these ads

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s